DÜNYA
ABŞ-da inflyasiyanın artması fonunda sosial pensiyalar artırılacaq
Vaşinqton, 16 avqust, AZƏRTAC
ABŞ-da inflyasiyanın artması ilə əlaqədar sosial təminat alanlar üçün müavinətlərin məbləğində dəyişiklik ediləcək.
AZƏRTAC xəbər verir ki, ahıl insanları birləşdirən “Ahıl insanlar liqası” adlı təşkilatın hesablamalarına görə, iyul ayı üçün bu həftə dərc edilmiş istehlak qiymətləri indeksi əsasında hesablanan sosial müavinətlər 9,6 faiz artırıla bilər. Artımın ayda 158,98 ABŞ dollarına bərabər olacağı bildirilir.
ABŞ sosial təminat administrasiyası iyul, avqust və sentyabr ayları üçün inflyasiya barədə məlumatlara düzəlişlər edib. Müavinətlərin artırılması barədə rəsmi məlumat oktyabrın ortalarında elan ediləcək. Bu üç aydan birinə aid məlumatlar bu həftə qeydə alınıb. Əmək Nazirliyi iyun ayı üçün istehlak qiymətləri indeksi haqqında hesabatında iyul ayında başa çatmış son 12 ay ərzində inflyasiyanın 8,5 faiz olmasını qeyd edib.
Bu il ahıl insanlar problemlərlə üzləşirlər, çünki 2022-ci ildə onların müavinətlərinin cəmi 5,9 faiz artması son 40 ildə ən yüksək səviyyəyə çatmış inflyasiyaya uyğun gəlmir.
AZƏRTAC –ın Vaşinqton bürosu