DÜNYA


ABŞ-da xam neftin kommersiya ehtiyatlarının həcmi 8,5 milyon barel artıb

Vaşinqton, 12 may, AZƏRTAC

Mayın 6-da başa çatmış həftə ərzində ABŞ-da xam neftin kommersiya ehtiyatlarının həcmi (strateji ehtiyatlar müstəsna olmaqla) 8,5 barel artıb.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Energetika Nazirliyinin energetik informasiya idarəsi bunu mayın 11-də öz növbəti hesabatında bəyan edib.

“S&P Global Commodity Platts” təşkilatı tərəfindən rəyi soruşulmuş analitiklər neft ehtiyatlarının 1,2 milyon barel azalacağını proqnozlaşdırırdı. Bu qurumun hesabatına görə, ABŞ-da benzin ehtiyatları 3,6 milyon barel azalıb.

Ekspertlər benzin ehtiyatlarının 0,5 milyon barel azalacağını gözləyirdi. Distilyatlar ehtiyatı (dizel yanacağı və yanacaq mazutu da daxil olmaqla) 0,9 milyon barel azalıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.