DÜNYA


ABŞ-ın 2020-ci il büdcəsində İvanka Trampın təşəbbüsünə 100 milyon dollar ayrıla bilər

Bakı, 9 mart, AZƏRTAC

ABŞ-ın 2020-ci il büdcəsində İvanka Trampın yeni təşəbbüsünə 100 milyon dollar ayrıla bilər.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Ağ evdən adının açıqlanmasını istəməyən mənbə verib. Belə ki, Prezident Donald Tramp martın 10-da elan edəcək büdcə paketində qızı İvanka Trampın təşəbbüsü ilə hazırlanan Qlobal Qadın İnkişafı və Rifahı proqramına 100 milyon dollar vəsait ayrılmasını təklif edəcək.

Agentliyin xəbərində qeyd olunur ki, Tramp administrasiyasının maliyyələşdirəcəyi bu proqram çərçivəsində bütün dünyada 50 milyon qadının 6 il müddətində iqtisadi cəhətdən inkişaf etməsi nəzərdə tutulur. Layihəyə ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və digər qurumlar dəstək verəcək. Eyni zamanda, Ağ ev BMT-nin İqtisadiyyat və Sosial Şurasına xüsusi səlahiyyətli səfir qismində qadın məsələləri üzrə yeni nümayəndə də təyin edəcək. Bu vəzifə Birləşmiş Ştatların sabiq Prezidenti Barak Obamanın dövründə təsis edilib və Donald Trampın hakimiyyətə gəldiyi gündən boş qalırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.