CƏMİYYƏT


ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıblar

Bakı, 25 fevral, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) sədr müavinləri Qeyl Mançin, Nadin Menza, Komissiyanın Beynəlxalq hüquq üzrə mütəxəssisi Kristen Laver və siyasi analitiki Kill Bakken fevralın 25-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olublar. Qonaqları ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley müşayiət edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İdarə sədrinin birinci müavini Salman Musayev qonaqlara tarixi dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi, onun struktur və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. QMİ-nin beynəlxalq müstəvidə həyata keçirdiyi tədbirlər və qarşıdakı planlar barədə danışan S.Musayev ölkəmizdə hökm sürən multikultural həyat tərzinin özəllikləri, dövlət-din münasibətlərinin yüksək səviyyəsini xüsusi vurğulayıb.

Görüşdə ölkəmizdəki İslam dini icmalarının və dini mərkəzin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. QMİ sədrinin birinci müavini Salman Musayev, sədrin müavinləri Qəmərxanım Cavadlı, Rəşad Əliyarlı və aparat rəhbəri Simran Həsənov komissiya nümayəndələrinin bu sahə ilə bağlı suallarını cavablandırıblar.

Qonaqlar Təzəpir məscidini ziyarət ediblər və İdarənin kitabxanası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.