CƏMİYYƏT


ABŞ-ın Holli Sprinqs şəhərinin saytında Azərbaycanla bağlı məqalə dərc olunub

Bakı, 8 dekabr, AZƏRTAC

ABŞ-ın Şimali Karolina ştatındakı Holli Sprinqs şəhərinin http://hollysprings.suburbanlivingmag.com rəsmi xəbər portalında Azərbaycan Dostluq Təşkilatının fəaliyyətindən bəhs edən “Unikal mədəniyyət” sərlövhəli məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Sindi Savoldinin qələmə aldığı məqalədə Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbalın təhsillə əlaqədar ABŞ-a gəlməsi, ailəsi ilə birlikdə Holli Sprinqs şəhərində məskunlaşması qərarı, tarixi vətəni olan Azərbaycanın mədəniyyətinin, milli adət-ənənələrinin və mətbəxinin təbliği istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib. Azərbaycan Dostluq Təşkilatının müxtəlif tədbirlər keçirdiyi, Qarabağın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin yad olunması məqsədilə anım günü təşkil etdiyi nəzərə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.