DÜNYA


ABŞ-ın Nümayəndələr Palatası Rusiya aktivlərinin Ukraynaya yönəldilməsini dəstəkləyib

ABŞ-ın Nümayəndələr Palatası Rusiya aktivlərinin Ukraynaya yönəldilməsini dəstəkləyib

Bakı, 28 aprel, AZƏRTAC

ABŞ-ın Nümayəndələr Palatasının üzvləri Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində dondurulan bəzi aktivlərin müsadirə olunaraq Kiyevə humanitar və hərbi dəstək üçün istifadə edilməsinə imkan verən qanun layihəsini təsdiqləyib.

AZƏRTAC Qərb mediasına istinadla xəbər verir ki, qanun layihəsi 417 konqresmen tərəfindən dəstəklənib, səkkiz nəfər isə onun əleyhinə çıxıb. ABŞ Konqresinin aşağı palatasında qəbul edilən qanun layihəsi bundan sonra baxılması üçün Senata göndəriləcək.

Qanun layihəsinin yekun təsdiqindən sonra ABŞ prezidenti sanksiyaya məruz qalan xarici ölkə vətəndaşlarının aktivlərindən iki il müddətində Kiyevə kömək üçün istifadə edə biləcək. Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı, həmçinin korrupsiya və insan hüquqlarının pozulması səbəbindən sanksiyalara məruz qalan şəxslərin aktivləri də bu məqsədlər üçün yönəldilə bilər.

Nümayəndələr Palatası, eyni zamanda, bu vəsaitdən Ukraynaya yardımla yanaşı, Rusiya xalqına kömək üçün istifadə olunmasını da təklif edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.