DÜNYA
ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
Bakı, 9 may, AZƏRTAC
ABŞ Prezidenti Co Baydenin xanımı Cill Bayden Avropaya səfəri çərçivəsində Ukraynada olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynaya gizli səfər edən Cill Bayden Ujqorod şəhərində Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.
Görüş mümkün qədər məxfi saxlanılıb və mətbuat üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.
ABŞ-ın birinci xanımı və Y.Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.
Ukraynada cəmi 2 saat olan Cill Bayden Slovakiyaya gedib.
Qeyd edək ki, ABŞ-ın bir sıra media orqanları Cill Baydenin Ukraynaya səfərinə dair görüntüləri artıq yayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]