SİYASƏT


ABŞ-ın daha bir şəhərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış lövhə quraşdırılıb

Bakı, 3 dekabr, AZƏRTAC

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış lövhə quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı Adika İqbalın bu təşəbbüsü əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ savaşında qazanılan tarixi Qələbəyə həsr edilib. Soydaşımızın təşəbbüsü Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilib.

Roli şəhərinin mərkəzi avtomobil magistralının kənarında yerləşdirilən lövhədə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri də əks olunub.

Lövhənin 1 ay müddətində nümayiş olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.