İQTİSADİYYAT


ABŞ-ın neft ehtiyatları 532,3 milyon barrelə düşüb

Bakı, 4 iyun, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2,1 milyon barrel (0,4 faiz) azalaraq 532,3 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 3 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 7,9 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə 4 milyon barrel (0,6 faiz) çoxalaraq 647,8 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 2,8 milyon barrel (1,1 faiz) artaraq 257,8 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1 milyon barrel çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 700 min barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.