DÜNYA


ABŞ prezidentinin Böyük Britaniyaya səfəri gözlənilir

London, 7 fevral , AZƏRTAC

ABŞ prezidenti Donald Trampın cari ilin dekabrında Böyük Britaniyaya səfəri gözlənilir.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Tramp NATO-nun yaranmasının 70-ci ildönümü münasibətilə Londonda keçiriləcək tədbirə qatılacaq.

NATO-nun baş katibi Jens Stoltenberq yubiley tədbirində müttəfiqlərlə bir sıra vacib məsələləri müzakirə edəcəklərini söyləyib.

Baş nazir Tereza Mey deyib: “Böyük Britaniya NATO-nun qurucu üzvlərindən biridir və mən çox şadam ki, baş katib yubileyi qeyd etmək üçün liderlərin toplantısını bizim ölkədə keçirmək istəyib”.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.