REGİONLAR
ABŞ səfirliyinin nümayəndələri ADAU-da olublar
Gəncə, 5 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlarla görüşən universitetin rektor əvəzi Zəfər Qurbanov ADAU ilə ABŞ-ın ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. Bildirib ki, Aqrar Universitetdə professor-müəllim heyətinin və tələbələrin ingilis dili biliklərinin təkmilləşdirilməsi üçün xarici mütəxəssislərin təcrübəsinin öyrənilməsinə ehtiyac var.
Sonra qarşılıqlı əməkdaşlıq perspektivləri və müəllim-tələbə mübadiləsi məsələləri müzakirə olunub.
Çıxış edən qonaqlar Aqrar Universitetdə olmaqdan məmnunluqlarını ifadə edərək, ali məktəbin əməkdaş və tələbələrinin ingilis dili biliklərinin inkişaf etdirilməsi üçün təkliflər irəli sürüblər.