DÜNYA


ABŞ vətəndaşlarına 35 ölkəyə səyahət etməmək tövsiyə edilib

Bakı, 12 aprel, AZƏRTAC

ABŞ Dövlət Departamenti vətəndaşlarına 35 ölkəyə səyahət etməməyi tövsiyə edib. Birləşmiş Ştatların xarici siyasət idarəsinin bu bəyanatı həmin ölkələrdə öz vətəndaşlarının qaçırılma təhlükəsi ilə üzləşəcəyi ilə əlaqədardır.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Dövlət Departamentinin riskli ölkələr siyahısında qaçırılma təhlükəsi “K” hərfi, terror isə “T” ilə işarələnib. Yenilənmiş siyahıya silahlı münaqişə olan ölkələrdən Əfqanıstan, Pakistan, Konqo Demokratik Respublikası, Əlcəzair, Yəmən, Liviya ilə yanaşı, Birləşmiş Ştatlarla münasibətləri gərgin olan Rusiya, Türkiyə, İran da daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.