Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi “Yeni nəfəs” adlı solo-konsert proqramı təqdim edib

Bakı, 9 noyabr, AZƏRTAC

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi “Yeni nəfəs” adlı solo-konsert proqramı təqdim edib.

AZƏRTAC xəbər verir ki, məktəbin direktoru, Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə reallaşan konsert Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilib.

Fidan xanımın çoxşaxəli fəaliyyətində uşaqların musiqi təhsili alması və musiqi mədəniyyətinin inkişafı, professionallıq səviyyəsinə çatdırılması xüsusi yer tutur. Xatırladaq ki, üç il öncə onun təsis etdiyi Vokal Musiqi Məktəbinin şagirdləri bu gün şəhərimizin müxtəlif musiqi ocaqlarında uğurla konsertlər verir, respublika və beynəlxalq müsabiqələrdə çıxış edirlər.

Dövlət Bayrağı Gününə həsr edilən konsert Xalq artisti Fidan Hacıyevanın ifasında Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ilə başlanıb. Onu fortepianoda Zülfiyyə Sadıqova müşayiət edib.

İfadan əvvəl Xalq artisti həyəcan keçirdiyini etiraf edib: “Bu gün ilk konsertimizdir. Bir ay yarımdır direktor təyin olunmuşam. Bu müddətdə var qüvvəmizlə çalışdıq ki, məktəbimizin istedadlı müəllimlərinin və şagirdlərinin gözəl ifalarını siz tamaşaçılara təqdim edək”.

Müəllim və şagirdlər eyni səhnəni bölüşürlər

J.Bizenin “Karmen” operasından Habanera ariyasını ifa edən Fidan xanım şagirdi Südabə Eyvazovanın səhnəyə çıxmaq arzusunu həyata keçirib. Fidan Hacıyevanın ifasını, eləcə də “Karmen” operasını tez-tez dinləyən Südabə Eyvazovanın belə bir mürəkkəb əsəri tezliklə səhnədə ifa etmək arzusu müəlliminin dəstəyi ilə reallaşıb. Onları məktəbin müəllimləri Sevda Rəhimova, Nigar Babayeva və Samirə Fərəcova müşayiət ediblər.

Fidan xanım yeni tələbələrindən olan Xədicə Əkbərzadənin (III sinif şagirdi) də ifasını dəstəkləyib. Üzeyir Hacıbəylinin “Asyanın mahnısı” (“Arşın mal alan” musiqili komediyasından) müəllim-tələbə dueti ilə təqdim olunub. Onları konsertmeyster Leyla Əhmədxanova müşayiət edib. Fidan xanım Xədicənin gələcəkdə daha böyük repertuarlara müraciət edəcəyinə əmindir.

Dövlət Bayrağı Gününə həsr olunan konsertin zəngin proqramında həm solo ifalar (o cümlədən vokal və musiqi alətləri), həm də ansambl çıxışları yer alıb.

Məktəbin qanunçalanlar ansamblının təqdimatında “Şalaxo” (Süleyman Ələsgərov), II sinif şagirdi Mail Manafovun ifasında “Ave Mariya” (İ.S.Bax/F.Ş.Quno), Gənc pianoçuların I beynəlxalq müsabiqəsinin qalibi, IV sinif şagirdi Amaliya İbrahimovanın səsləndirdiyi “Polka” (S.Raxmaninov), IV sinif şagirdi Elçin Məmmədovun müəllimi Muxtar Hüseynzadə ilə birgə klarnetdə ifa etdiyi “Arzu” (Niyazi) əsəri, IV sinif şagirdi Fərid Ziyalının skripkada səsləndirdiyi “Rəqs” (E.Cenkinson) tamaşaçılara xoş anlar yaşadıb.

Qarmonda III sinif şagirdi Eldar Hüseynovun, IV sinif şagirdi Nuray Abdullayevanın ifasında, Şükran Mirsalahov və Pərviz Məmmədovun müşayiətilə “Tərəkəmə”, fortepianoda V sinif şagirdi Mədinə Əzimlinin müşayiətilə məktəbin müəllimi Nurlan Abbasın skripkada ifa etdiyi “Skerso” (F.Əmirov), fortepianoda V sinif şagirdləri Nərmin Əliyevanın “Caz etüd”ü (Manfred Şmidts), Zümrüd Həsənovanın “Etüd” (Milan Dvorjak), tarda V sinif şagirdi Yusif Həsənovun səsləndirdiyi “Xəzər balladası” (T.Bakıxanovun), V sinif şagirdi Bəsrə Amanovanın “Arzular” (T.Quliyev, “Görüş” bədii filmindən) vokal ifası alqışlarla qarşılanıb.

Fidan xanım tamaşaçılar arasında əyləşsə belə məktəbin gənc istedadlarının çıxışını həssaslıqla izləyir, onlara dəstək olurdu.

Gecənin daha bir maraqlı məqamı Xalq artistinin ifasında Ernesto de Kurtisin “Non ti scordar di me” (Unutma məni) mahnısı olub. Onu fortepianoda Raminə Ağayeva müşayiət edib.

Qısa müddət ərzində uşaq musiqi məktəbində instrumental və xalq çalğı alətləri ansamblları yaradılıb

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin tədris hissə müdiri Fəxriyyə Quliyeva Xalq artisti Fidan Hacıyevanın direktor təyin olunmasından sonra burada bir çox yeniliklərin həyata keçirilməsindən danışıb, qısa müddətdə instrumental və xalq çalğı alətləri ansambllarının yaradıldığını vurğulayıb, bu cür konsertlərin davamlı olacağını bildirib.

Beləliklə, konsertdə həmin ansamblların ilk çıxışları təqdim edilib. Üçüncü sinif şagirdi Elnur Əliverdiyevin qarmonda ifa etdiyi “Skerso” (Vasif Adıgözəlov) instrumental ansamblın müşayiətilə təqdim olunub. Ansamblın rəhbəri Sevda Rəhimovadır. Məktəbin “Rast” xalq çalğı alətləri ansamblı müəllimlərdən ibarət olsa da, gələcəkdə kollektivə istedadlı şagirdlər cəlb ediləcək. Konsertdə Səma Zohorovanın ifası (“Buludlar”, C.Cahangirov), eləcə də “Çahargah rəngi” məktəbin xalq çalğı alətlər ansamblı tərəfindən təqdim edilib.

Konsert proqramı Xalq artisti Fidan Hacıyevanın və kollektivin birgə ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

Qeyd edək ki, gecədə, həmçinin Aybəniz Malxasova, Sənan Rüstəmov konsertmeyster olublar. Şagirdlərin isə bu konsertə hazırlaşmasında Vəfa Babazadə, Nigar Babayeva, Elnur Qarayev, Firuzə Əliyeva, Tamilla Kazımova və digər müəllimlərin böyük əməyi olub.

“Yeni nəfəs” konsert proqramının iştirakçıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru, Xalq artisti Fidan Hacıyeva tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkürünü bildirib.

Bu gün böyük iftixarla öpüb altından keçdiyimiz Dövlət bayrağımızın yenilməzliyini uşaqlara təbliğ etmək hamımızın borcudur. Milli bayraq dövlətçiliyimizin rəmzi kimi nəsillərin qəlbində və şüurunda yaşayır və yaşayacaq. Ə.Bakıxanov adına 6 nömrəli musiqi məktəbinin Dövlət Bayrağı Gününə həsr etdiyi konsert proqramı gənclərin milli həmrəylik və vətənpərvərlik ruhunda formalaşmasına bir töhfədir.

Tədbirlə bağlı təəssüratını bölüşən məktəbin direktoru Fidan Hacıyeva deyib: “Çox sevinirəm ki, bu gözəl bayramı – Dövlət Bayrağı Gününü 6 nömrəli musiqi məktəbinin kollektivi və tamaşaçılarımız ilə bir yerdə qeyd etdim. Bu məktəbə direktor təyin olunduğum vaxtdan etibarən çoxlu məşqlər etdik və bu konsert də onun nəticəsidir. Məktəbin çox gözəl kollektivi var”.

Qeyd edək ki, Üzeyir bəy 1907-ci ildə Şərqin ilk operası “Leyli və Məcnun”u o zaman “İslamiyyə” mehmanxanası kimi fəaliyyət göstərən bu binada yazıb. Bina 1937-ci ildən fəaliyyətə başlamış bu musiqi məktəbinə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, məktəb 1992-ci ildən isə Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun adını daşıyır.

Xatırladaq ki, Xalq artisti Fidan Hacıyeva noyabrın 4-də Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə İsveçrədə konsert proqramı ilə çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib