ELM VƏ TƏHSİL


ADA Universiteti ilə Venesiyanın Ka' Foskari Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycanın ən qabaqcıl ali məktəbi olan ADA Universiteti və Venesiyanın Ka' Foskari (Ca' Foscari) Universiteti arasında əməkdaşlıq və tələbə mübadiləsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Ka' Foskari Universitetinin rektoru Mikele Bulyezinin sözlərinə görə, bu sənədin imzalanması, eləcə də Bakı Ka' Foskari Universitetinin məsləhət ofisi iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə kömək edir. Bu il Ka' Foskari Universitetinə Azərbaycandan 35 tələbə qəbul olub.

Ka' Foskari Universitetinin prorektoru xanım Tiziana Lipiello ADA universitetinin tələbələri qarşısında “Marko Polonun izləri ilə: İpək Yolu ölkələrinin mədəni irsini dəyərləndirilməsi üçün yeni layihələr” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edək ki, bu məruzə “Fantazia” mədəni irs festivalı çərçivəsində həyata keçirilib.

Ka' Foskari Universitetinin rektoru Mikele Bulyezinin rəhbərlik etdiyi nümayəndə heyəti təhsil nazirinin müavini Firudin Qurbanovla da görüşüb. Görüşdə tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha sonra Venesiyanın Ka' Foskari Universitetinin Bakıdakı ofisinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Mikele Bulyezi universitet haqqında məlumat verib. Tiziana Lipiello Bakıdakı ofisin fəaliyyəti haqqında danışıb.

Universitetin Bakıdakı ofisinə ev sahibliyi edəcək “United-Cultures in Baku” şirkətinin direktoru xanım Paola Kasaqrande tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.