ELM VƏ TƏHSİL
“ADA” Universiteti və AzərTAc-ın birgə layihəsi: “Tələbə uğuru” “ADA” Universitetində pulsuz təhsil alan tələbələrdən bəhs edir VİDEO
Bakı, 13 iyun (AZƏRTAC). “ADA” Universiteti və AZƏRTAC-ın birgə layihəsi olan “Tələbə uğuru”nda universitetdə pulsuz təhsil alan tələbələrdən bəhs olunur.
İctimai Televiziyanın “Yeni gün” verilişində yayımlanacaq növbəti reportajın qonaqları universitetin magistrləri Nigar Əsgərova, Sevinc Hüseynova və “Karyera Mərkəzi”nin direktoru Gülnur İsmayıldır.
Reportajda magistrlər universitetdə qazandıqları uğurlardan söhbət açır. Həmçinin “Karyera Mərkəzi”nin gördüyü işlər barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, 700-dən çox tələbənin, o cümlədən 28 ölkədən 48 əcnəbi vətəndaşın təhsil aldığı “ADA” Universiteti özünün əsas məqsədini qlobal baxışlı liderlər və məsuliyyətli vətəndaşlar yetişdirməsində görür. Universitetin təhsil proqramları, tədris metodikası dünyanın ən qabaqcıl təcrübəsinə əsaslanır. Məzunlar dünyanın bir çox ölkələrində karyera uğurları əldə etmişlər.