MƏDƏNİYYƏT


ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də ADA Universitetində Meksikanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə bu təhsil ocağının tələbələri tərəfindən tamaşa nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tamaşa tanınmış meksikalı rəssam Frida Kahloya həsr olunub.

Frida həyatında çox çətinliklərlə üzləşib. O, hələ uşaq ikən poliomielit xəstəliyindən əziyyət çəkib. Məktəb illərində küçəni keçən zaman tramvayın altında qalıb. Bir neçə dəfə cərrahi əməliyyat olunsa da, ayağı tam sağalmır və bu da onun həyatına öz möhürünü vurur. Onun rəsmləri həyatında keçirdiyi çətinlikləri əks etdirir, keşməkeşli ömrünün obrazını ifadə edir. Hazırlıq məktəbində oxuyanda 2 min tələbə arasında 38 qızdan biri olub. Bu, o deməkdir ki, o, nəinki rəssam, eyni zamanda, bir qadın kimi öncüllərdəndir. Dieqo Rivera ilə tanış olanda o, Mexikoda divar rəsmləri çəkirdi. Sonradan o, Fridanın həyat yoldaşı olur. Ailə həyatında tez-tez ayrılır və yenidən barışırlar.

Tamaşanın dekorasiyasında Frida Kahlonun rəsm əsərlərindən istifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.