ELM VƏ TƏHSİL


ADA Universitetinin tərəfdaşlığı ilə “ROBOTİKS” müsabiqəsi təşkil edilib

Bakı, 26 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ADA Universitetinin tərəfdaşlığı ilə “ROBOTİKS” müsabiqəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə insanlara və müəssisələrə gündəlik fəaliyyətdə, istehsalatda və hətta kosmosda faydalı ola bilən hər hansı bir işin müəyyən hissəsini yerinə yetirə bilən, mürəkkəb mexanizmləri sadələşdirən, hətta əyləncə funksiyasını yerinə yetirən robotların dizayn edilməsini dəstəkləyir. Robotlara müxtəlif növ mexaniki və ya pnevmatik əməliyyatları yerinə yetirmək üçün dizayn edilən, həmçinin materialın kinetik xüsusiyyətlərinə əsaslanan, öncədən proqramlaşdırılmış tapşırıqlar nəzdində fəaliyyət göstərən və ya süni intellekt tərəfindən idarə olunan, müxtəlif bort sensorları ilə yönləndirilən istənilən avtomatik qurğular daxildir. “ROBOTİKS” müsabiqəsi məktəblilər və tələbələr arasında keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.