ELM VƏ TƏHSİL


ADA-nın iki yeni korpusuna və parkına həsr edilmiş video təqdim edilib

Bakı, 9 sentyabr, AZƏRTAC

ADA Universitetinin Fondu ADA-nın iki yeni korpusuna və parkına həsr edilmiş videonu ictimaiyyətə təqdim edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dronla çəkilən videonun əsas məqsədi ADA-nın daha əvvəl tikilmiş korpusları ilə yanaşı, yeni tikilən korpuslarının da daxili dizaynını və səmadan görünüşünü nümayiş etdirmək, yaşıllıqla əhatələnmiş ADA kampusunda salınan park vasitəsilə “ADA təbiəti”nin gözəlliklərini izləyicilərin diqqətinə çatdırmaqdır. Videoda ADA Universitetinin Dövlət və ictimai münasibətlər və Biznes fakültələrinin, eləcə də universitetin nəzdində fəaliyyət göstərən ADA Məktəbinin yerləşdiyi yeni korpusların və ADA parkının gecə görüntüləri də yer alıb.

Videoda səslənən və azərbaycanlı bəstəkar İsfar Sarabski tərəfindən bəstələnən “Planet” əsəri videonun ümumi süjet xətti ilə vəhdət təşkil edərək ADA-nı gənclərin gələcəklə bağlı arzularını reallaşdıra biləcəyi “planet içində planet” kimi təqdim edib.

Videonu ADA Universitetinin “YouTube” kanalında https://youtu.be/x0RTXgNTnGw izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.