SİYASƏT


ƏDLİYYƏ NAZİRLİYİNDƏ AVROPA KOMİSSİYASININ XÜSUSİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizdə səfərdə olan Avropa Komissiyasının xüsusi nümayəndəsi cənab Antionius De Vries martın 31-də ədliyyə naziri Fikrət Məmmədov ilə görüşmüşdür.

Görüş erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli qırğınlarla bağlı xüsusi hazırlanmış ekspozisiyalarla tanışlıq və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Azərbaycanda aparılan demokratik islahatlar, insan hüquqlarının təmin edilməsi sahəsində görülən tədbirlər barədə qonağa ətraflı məlumat verən nazir ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi humanizm siyasətinin ardıcıl davam etdirildiyini bildirmiş, ölkəmizin Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işləri, Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq çərçivəsində ədliyyə sahəsində bir çox əhəmiyyətli layihələrin həyata keçirildiyini vurğulamışdır.

Avropa Komissiyasının Azərbaycandakı demokratik proseslərə maraq göstərdiyini və bunları dəstəklədiyini qeyd edən qonaq ətraflı məlumata görə minnətdarlığını bildirmiş, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Azərbaycanın ədliyyə nazirini Brüsselə dəvət etmişdir.

Görüşdə məhkəmə və ədliyyə fəaliyyəti sahəsində əməkdaşlıq imkanları müzakirə edilmiş, qonağa ölkəmizdə həyata keçirilən islahatlarla bağlı xüsusi vəsaitlər təqdim olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.