ELM VƏ TƏHSİL


ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş “Caz musiqisi axşamı”

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrası tərəfindən konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, “Caz musiqisi axşamı” adlı konsertin bədii rəhbəri Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayevadır. Konsertdə Estrada sənəti kafedrasının tələbə və məzunların ifasında xarici və yerli bəstəkarların yaradıcılığından müxtəlif caz musiqisi nümunələri səsləndirilib.

Tələbə və məzunları kafedranın konsertmeysterləri Rəcəb Zeynalov, Nicat Aslanov, bass-gitarada Fuad Cəfər, zərb alətində Həsən Bilalov, tarda İsmayıl Zülfüqarov və saksofonda Camal Bayramlı müşayiət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.