ELM VƏ TƏHSİL


ADNSU Türkiyənin İnönü Universiteti ilə əməkdaşlığı genişləndirir

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Türkiyənin İnönü Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ADNSU-nun energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov və fakültənin Elmi-Tədqiqat Laboratoriyasının müdiri Fuad Məmmədov Türkiyədə ezamiyyətdə olublar.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay ilə görüşdə iki ali məktəb arasında əməkdaşlıq əlaqələri və perspektivlər barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində, həmçinin İnönü Universitetinin elektrik mühəndisliyi fakültəsi, kompüter bölməsi, elektrik və elektron mühəndisliyi bölməsi, Günəş Elektrik Stansiyası və Texnoparkın əməkdaşları ilə görüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.