ELM VƏ TƏHSİL


ADNSU-da maarifləndirici tədbir təşkil olunub

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin prorektoru, dosent Ata Babayev sağlamlığın qorunmasının əhəmiyyətini qeyd edib, gənclərə tövsiyələrini verib.

Tədbirdə “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin reallaşdırdığı tədbirlər barədə ətraflı məlumat verilib. Leykemiya xəstəliyi haqqında videoçarx nümayiş etdirildikdən sonra tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, “Leykemiya ilə Mübarizə” İctimai Birliyi könüllülər və donorlar tərəfindən qan xərçənginə düçar olan uşaqlara və onların ailələrinə dəstək məqsədilə qurulmuş qeyri-hökumət təşkilatıdır. Təşkilatın dəstəyi ilə mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri keçirilir və toplanılan vəsait qan xəstəliyindən əziyyət çəkən uşaqlara xərclənir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.