ELM VƏ TƏHSİL
ADNSU ilə “Huawei” şirkəti arasında əməkdaşlıq genişlənir
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Huawei” şirkətinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kang Jia və müştərilər üzrə meneceri Eldəniz Əliyev ilə görüş olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Rektorun informasiya texnologiyaları və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, beynəlxalq əlaqələr üzrə prorektorun müavini dosent Ülviyyə Abbasova, Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva və universitetin digər əməkdaşlarının iştirak etdikləri tədbirdə “Huawei”in nümayəndələri ADNSU tələbələri üçün nəzərdə tutulan “Seeds for the Future” layihəsi haqqında ətraflı məlumat veriblər. Eyni zamanda, layihə çərçivəsində “Huawei” ekspertlərinin Azərbaycandan olan 30 tələbəyə informasiya texnologiyaları sahəsi üzrə təlimlər verməsi nəzərdə tutulduğu qeyd edilib.
“Huawei” və ADNSU arasında mövcud əməkdaşlığın genişləndirilməsi məsələləri və gələcək planlar müzakirə edilib.
Sonra “Huawei” şirkətinin nümayəndələri universitet laboratoriyaları və dərs mühiti ilə tanış olublar.