ELM VƏ TƏHSİL


ADNSU-nun tələbəsi Dünya çempionatının qızıl medalını qazanıb

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Dünya çempionatının qızıl medalını qazanıb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qızıl medalını qazanıb. O, 100 metrəyə brass növündə 1.05:66 nəticə göstərib.

V.İsrafilov ADNSU-nun üçüncü kurs tələbəsidir. Energetika fakültəsində elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alır. Çalışqan və məsuliyyətli tələbədir. Uşaq paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb. Sonuncu möhtəşəm uğuruna qədər bir çox beynəlxalq yarışların qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.