ELM VƏ TƏHSİL
ADPU-DA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Universitetin rektoru, professor Bəhlul Ağayev xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətlərindən danışmış, dahi rəhbərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.
Rektor əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Sonra professor Xəlil Köçərlinin “Dövlət müstəqilliyinin keçdiyi yol” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzəçi və digər çıxış edənlər də müstəqil ölkəmizin qazandığı nailiyyətlərdən söz açmış, xalqımızın nurlu sabahına inandıqlarını bildirmiş, qarşıdakı parlament seçkilərində ən layiqli namizədlərə səs verəcəklərini söyləmişlər.