İQTİSADİYYAT


ADY Astanada “Taxıl ekspresi qatarı” layihəsinin təqdimatını keçirib

Bakı, 17 mart, AZƏRTAC

Martın 15-16-da Qazaxıstanın paytaxtı Astana şəhərində 40-dan çox ölkənin nümayəndə heyətinin iştirakı ilə "Avro-Asiya kənd təsərrüfatı məhsulları” adlı beynəlxalq konfrans keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, konfransda kənd təsərüffatı məhsullarının istehsalı, ixrac yolları və daşınma marşrutları ilə bağlı panel sessiyaları təşkil olunub.

ADY taxıl yüklərinin qısa və daha təhlükəsiz şəraitdə təyinat ölkələrinə çatdırılmasını təmin edən “Taxıl ekspresi qatarı” layihəsinin təqdimatını keçirib. Layihəyə əsasən Qazaxıstanın taxıl məhsullarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Avropaya daşınmasının iqtisadi üstünlükləri digər alternativ marşrutlarla müqayisədə daha cəlbedicidir.

Belə ki, “Taxıl ekspresi qatarı” layihəsi taxıl məhsullarının Azərbaycandan keçməklə Türkiyə və Gürcüstan limanları vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur.

Konfransda iştirak edən “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov təklif edilən marşrut üzrə qurumun geniş potensialı haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.