İDMAN


AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb

Bakı, 4 oktyabr, AZƏRTAC

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunun oyunlarına təyinat alıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, o, oktyabrın 5-dən 11-dək Portuqaliyada keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda Norveç, Belçika, Portuqaliya və Malta milli komandalar mübarizə aparacaqlar.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.