İDMAN


AFFA-nın icraçı vitse-prezidenti Siyəzəndə aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb

Bakı, 8 oktyabr, AZƏRTAC

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Siyəzəndə təşkil olunan liqalarda iştirak edən aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, uşaqlara AFFA-nın adından futbol geyimləri və toplar təqdim edilib. Görüşə “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev və Kamran Ağayev də qatılıblar.

İcraçı vitse-prezident və futbolçular uşaqlarla söhbətləşib, onlara uğurlar arzulayıblar.

Görüşün sonunda uşaq komandalarının üzvlərinin, məşqçilərin, E.Məmmədov, R.Əmirquliyev və K.Ağayevin iştirakı ilə simvolik oyun keçirilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.