İDMAN
AFİNADA MAĞAZALAR, BANKLAR VƏ NƏQLİYYAT “OLİMPİYA” CƏDVƏLİ ÜZRƏ İŞLƏMƏYƏ BAŞLAYIR
Adətən, Yunanıstanda banklar gündüzlər saat 2-nin yarısınadək, mağazalar saat 3-dək işləyir, 2-ci, 3-cü və 5-ci günlər isə axşamlar 3 saat açıq olur. Banklar şənbə günü bağlı olur, mağazalar isə yalnız səhər işləyir. Bundan başqa, avqustda bir çox mağazalar yay istirahəti üçün bağlanır.
Olimpiya oyunları zamanı mağazalar hər gün saat 9-dan 21-dək, şənbə günləri isə saat 18-dək işləyəcəkdir. Banklar həftədə beş gün saat 20-dək açıq olacaqdır. Muzeylərin iş vaxtı saat 22-dək uzadılmışdır.
“Olimpiya” cədvəlində şəhər və şəhərətrafı ictimai nəqliyyatın işi də nəzərə alınmışdır. Bu yaxınlarda açılan tramvay və şəhərətrafı elektrik qatarı xətləri fasiləsiz olaraq, gecə-gündüz iş rejiminə keçir. Şəhər nəqliyyatının qalan növləri – avtobuslar, trolleybuslar və metro gecə saat 2-dən səhər 5-dək fasilə edərək, gündə 21 saat işləyəcəkdir.