DÜNYA


AFR-də vəziyyət təkrar lokdaun həddinə çatacaqmı?

Berlin, 14 avqust, AZƏRTAC

Almaniya ictimaiyyəti yerli KİV-lər vasitəsilə hökumətə müraciət edərək maska taxmaq və sosial distansiyanı gözləmək tələblərini pozanlara qarşı ardıcıl tədbirlər görməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, ölkə ictimaiyyətinin görkəmli nümayəndələri – alimlər, mədəniyyət xadimləri, publisistlər, siyasətçilər – özlərinin bu tələbini bir müddət bundan əvvəl koronavirusa yoluxma hallarının artmağa başlaması ilə izah edirlər. Onlar etiraf edirlər ki, müəyyən səhlənkarlıq halları mövcuddur. Müraciətin müəllifləri hesab edirlər ki, nizamlama orqanları qaydalara riayət etməyən hər kəs barəsində qəti tədbirlər görməlidirlər. Alimlərdən biri Almaniyanın “Süddeutsche Zeitung” nəşrində xəbərdarlıq edir: “Biz yenidən təcrid olunmağı özümüzə rəva görə bilmərik”.

Müraciətin müəllifləri avqustun əvvəlində Berlində məhdudlaşdırıcı tədbirlər əleyhinə nümayişin iştirakçılarını nalayiq və məsuliyyətsiz davranmaqda ittiham edirlər. Almaniya ziyalılarının nümayəndələri xəbərdarlıq edirlər ki, əgər vəziyyət bu cür davam etsə, ikinci lokdaun labüd olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.