REGİONLAR
AĞCABƏDİDƏ MELİORASİYA İŞLƏRİ APARILIR
Ağcabədi, 4 avqust (AZƏRTAC). Ağcabədi rayonunda torpaq sahələrinin su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə kollektor-dren şəbəkələrinin və suvarma kanallarının lildən təmizlənməsi istiqamətində işlər davam etdirlir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2010-cu ilin birinci yarısında suvarma sistemləri idarəsi tərəfindən 179 kilometr suvarma kanalı lildən təmizlənmiş, 260 ədəd hidrotexniki qurğu, 27 ədəd nasos stansiyası əsaslı və carı təmir edilmişdir. Sel və daşqınların qarşısının alınması məqsədi ilə 183 kilometr suvarma kanaları təmizlənmiş, Kür çayının sahilində 5 kilometr bənd vurulmuş, Qarqar çayının Kürə tökülən hissəsində 8 kilometr bənd möhkəmləndirilmişdir.
Meliorasiya idarəsi tərəfindən 69,15 kilometr kollektor drenaj şəbəkələri lildən təmizlənmiş, 58 ədəd hidrotexniki qurğu cari, 3 ədəd hidrotexniki qurğu əsaslı təmir edilmişdir.