Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AĞIR CİNAYƏTLƏR TÖRƏTMİŞ AYAZ MÜTƏLLİBOVLA DANIŞIQLAR APARILMASI BARƏDƏ YAYILAN MƏLUMATLAR HƏQİQƏTƏ UYĞUN DEYİLDİR
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU ZAKİR QARALOVUN AzərTAc-ın MÜXBİRİ İLƏ MÜSAHİBƏSİ

SUAL: Son vaxtlar kütləvi informasiya vasitələrində tez-tez iqtidarın Ayaz Mütəllibovla danışıqlar aparması, onun Azərbaycana qayıtması şərtlərinin müzakirə edilməsi, danışıqlar müsbət nəticə verərsə, Ayaz Mütəllibovun iqtidarla birlikdə işləyəcəyi barədə müxtəlif məqalələr dərc olunur.

Bu barədə yazılanlar həqiqətə uyğundurmu, belə danışıqlar aparılırmı?

CAVAB: Bildirmək istəyirəm ki, Ayaz Mütəllibov haqqında Respublika Prokurorluğu tərəfindən 1992-ci il mayın 16-da CM-nin müxtəlif ağır maddələri ilə başlanmış cinayət işi istintaq edilir.

Həmin işin istintaqı ilə müəyyən edilmişdir ki, Mütəllibov Ayaz Niyazi oğlu 1988-1992-ci illər ərzində Azərbaycan Respublikasının rəhbərlərindən biri olan vaxt, onun və digərlərinin səhlənkarlığı nəticəsində respublikada ağır ictimai-siyasi vəziyyət yaranmışdır. A.Müttəlibov 1989-cu ilin dekabr ayından 1990-cı ilin yanvar ayına kimi olan dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, SSRİ-nin sabiq rəhbər işçilərinə şifroteleqramlar göndərmiş, respublika ərazisinə SSRİ DİN-in daxili qoşunlarının, Sovet Ordusunun iri kontingentinin yerləşdirilməsinin zəruriliyini bildirmişdir. Beləliklə, keçmiş SSRİ Konstitusiyasının 119-cu maddəsinə və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsinə zidd olaraq, 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyət haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı qəbul edilməklə sovet qoşunlarının Bakı şəhərinə daxil olmasına şərait yaratmış, nəticədə, dinc əhalidən 132 nəfər öldürülmüş, 600 nəfərdən artıq adam yaralanmış, dövlət əmlakına və şəxsi əmlaka külli miqdarda ziyan vurulmuş, beləliklə, Azərbaycan Respublikası vətəndaşlarının qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur.

A.Mütəllibov 1991-ci il mayın 18-dən 1992-ci il martın 5-dək Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olarkən dövlətin suverenliyini, təhlükəsizliyini qorumalı, Ali baş komandan kimi ölkənin silahlı təcavüzdən qorunması üçün tədbirlər görməli olduğu halda, səhlənkarlıq edərək, Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən silahlı dəstələr tərəfindən vilayətin azərbaycanlılar yaşayan məntəqələrinin, o cümlədən Xocalı şəhərinin mühasirəyə alındığını bildiyi halda, real imkanların olmasına baxmayaraq, blokadanı yarıb dinc əhalinin təhlükəli yerlərdən çıxarılması üçün tədbirlər görməmişdir. Nəticədə, 1991-ci ilin dekabr, 1992-ci ilin yanvar-fevral aylarında erməni quldur dəstələri və sair hərbi birləşmələr Kərkicahan, Meşəli, Cəmilli, Malıbəyli, Quşçular, Qaradağlı və sair kəndlərə silahlı basqınlar edib dinc əhaliyə işgəncələr vermiş, zor işlətməklə onları yaşadıqları ərazidən qovmuş, 1992-ci il fevralın 26-da Xocalı şəhərinə hücum edərək 399 qadın, uşaq və qocanı qətlə yetirmişdir. Bu zaman 421 nəfər yaralanmış, 30 nəfər girov götürülmüş, 115 nəfər itkin düşmüş, şəhər tutularkən isə yanğınlar, partlayışlar, dağıntılar nəticəsində dövlətə 4 milyard rubl, vətəndaşların əmlakına 222 milyon rubl zərər vurulmuşdur.

Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 6 mart tarixli sessiyasında prezident vəzifəsindən istefa verdikdən sonra hakimiyyəti yenidən ələ almaq məqsədi ilə may ayının əvvəllərində o, Bakı şəhərində yerləşən keçmiş SSRİ-nin hərbi hissələrindən birinin komandiri ilə cinayət əlaqəsinə girib 1000 ədəd avtomat silah və patronlar ələ keçirmiş və qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstələr yaratmaqla Ali Sovetin binası qarşısında ictimai qaydaların pozulmasına səbəb olan hərəkətlər təşkil etmiş, 1992-ci il mayın 14-də Azərbaycan Respublikası Ali Sovetinin keçmiş rəhbərliyinə təzyiq göstərməklə növbədənkənar sessiyanın çağırılmasına nail olmuş və Ali Sovetin deputatlarına göstərilmiş silahlı, fiziki və psixoloji təzyiq nəticəsində deputatlar öz iradələrinə zidd olaraq, A.Mütəllibovun prezident vəzifəsindən getməsinə dair Ali Sovetin 1992-ci il 6 mart tarixli qərarını ləğv etmiş və A.Mütəllibov yenidən prezident səlahiyyətlərini mənimsəmişdir.

1992-ci il mayın 15-də A.Mütəllibov Rusiya Federasiyasının Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə məxsus olan təyyarə ilə gizli olaraq Azərbaycanı könüllü tərk edib getmiş, Rusiya Federasiyasının ərazisində yaşamaqla cinayətkar fəaliyyətini davam etdirmişdir.

Belə ki, 1996-cı ildə Ayaz Mütəllibov törətdikləri cinayətlərə görə axtarışda olan Əliyev Məmmədəli Dilavər oğlu və digər şəxslərlə əvvəlcədən danışıb cinayət əlaqəsinə girmiş, onlar Azərbaycan Respublikasının Prezidentini siyasi niyyətlərlə öldürmək üçün terror aktı planları işləyib hazırlamışlar. Onlar hakimiyyəti ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə Rusiyanın xüsusi xidmət orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin köməyi ilə qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıb odlu silahlar və döyüş sursatları ilə təchiz etmişlər.

Cinayətin təşkilatçılarının tapşırığına əsasən, Elçin Səməd oğlu Əmiraslanov cinayətkar dəstənin digər üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədini Dağıstan Respublikasının Tlyarata rayonu ərazisində gizli yolla keçərək, Azərbaycan Respublikasının Balakən rayonuna, daha sonra isə Bakı şəhərinə gəlmişlər.

Polis işçilərinin gördükləri əməliyyat tədbirləri nəticəsində 1996-cı il dekabrın 10-da Elçin Əmiraslanov və onun cinayətkar dəstəsinin üzvləri Bakı şəhərində gizləndikləri mənzildə tutulmuş və beləliklə də, cinayətkarlar öz iradələrindən asılı olmayan səbəblər üzündən niyyətlərinə nail ola bilməmişlər.

Yenə də Azərbaycan Respublikasında hakimiyyəti zorla dəyişdirmək məqsədi ilə A.Mütəllibov digər şəxslərlə cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xarici səfərdən qayıdarkən onun təyyarəsinin raketlə məhv olunması planını təşkil etmişdir.

A.Mütəllibovun göstərişinə əməl edən Şahin Musayev silah və canlı qüvvə hazırlayaraq, onları Pirşağı kəndində “Yanardağ” restoranının yanında yerləşdirmiş, Prezidentin təyyarəsinin yolunu dəyişib digər istiqamətdən enməsi ilə əlaqədar, cinayətkarlar iradələrindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmişlər.

Bundan başqa, Ayaz Mütəllibov 2001-ci ilin sentyabr-oktyabr ayları ərzində qanunsuz yolla Azərbaycan Respublikasının Prezidenti vəzifəsini yenidən ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq, hakimiyyətin zorla ələ keçirilməsi üçün hazırlıq hərəkətlərinə başlamışdır. O, Moskva şəhərində özünün mətbuat katibi kimi işləmiş İbrahimov Teylor Fətiş oğlunu təlimatlandıraraq, dövlət çevrilişinə hazırlığın gedişi barədə dəqiq məlumatlar əldə etmək üçün 2001-ci il sentyabrın 9-da Bakı şəhərinə göndərmiş, T.İbrahimovun vasitəsilə cinayətin digər iştirakçıları ilə əlaqə yaratmışdır. Lakin hazırlanan cinayət barədə məlumat alan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2001-ci il oktyabrın 10-da cinayətin qarşısı alındığından, onlar niyyətlərinə nail ola bilməmişlər.

Yuxarıda şərh olunan cinayətləri törətdiyinə görə, Ayaz Mütəllibovun cinayət məsuliyyətinə cəlb edilməsinə dair bir neçə qərar qəbul edilmiş, sonuncu dəfə 2003-cü il 19 may tarixdə onun Azərbaycan Respublikasının 01.09.2000-ci il tarixə kimi qüvvədə olan CM-nin 17, 15, 59-cu maddələrinin 1-ci hissəsi, 70-2-ci maddəsinin 2 və 3-cü hissələri, 167-ci maddəsinin 2-ci hissəsi, 169-cu maddəsi, 188-3-cü maddəsi, 189-cu maddəsi, 192-ci maddəsinin 1-ci hissəsi, 220-1-ci maddəsinin 2-ci hissəsi, 255-1-ci maddəsinin “q” bəndi və hazırda qüvvədə olan CM-nin 28, 278-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuşdur. 1992-ci il noyabrın 3-də A.Mütəllibovun barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilmişdir.

Yeni cinayət prosessual qanunvericiliyinin tələbinə uyğun olaraq, Nəsimi rayon məhkəməsinin 2003-cü il 19 may tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Belə ağır cinayətlər törətmiş şəxslə danışıqlar aparılması, onunla hansısa dialoqa girilməsi barədə yayılan məlumatın həqiqətə nə qədər uyğun olub-olmamasına siz özünüz qiymət verə bilərsiniz.

SUAL: Belə olan halda Ayaz Mütəllibovun tutulması, cinayət məsuliyyətinə cəlb edilib məhkəməyə verilməsi üçün nə kimi tədbirlər görülür?

CAVAB: A.Mütəllibovun Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təslim edilməsi barədə 1994-cü ildən etibarən Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edilərək zəruri sənədlər göndərilmişdir. Lakin Rusiya Federasiyasının Baş Prokurorluğu heç bir əsaslı səbəblər göstərmədən A.Mütəllibovu təslim etməkdən imtina etmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun bununla əlaqədar ötən il etdiyi müraciətinə Rusiya Federasiyası Baş Prokurorluğundan hələlik cavab daxil olmamışdır. Cavab alındıqdan sonra A.Mütəllibovun Azərbaycana təslim olunması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub