ELM VƏ TƏHSİL


Aİİ-də imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub 

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestrinin qış imtahan sessiyasına start verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, yanvarın 31-dək davam edəcək sessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı, test üsulu və zəruri hallarda şifahi formada keçirilir.

Aİİ-nin rektoru Ceyhun Məmmədov imtahanlardan əvvəl tələbələrlə görüşüb, onlara uğurlar diləyib: “İlahiyyat İnstitutunun tələbələri olaraq üzərinizə düşən məsuliyyət həm ağır, həm də şərəflidir. Sizə bu şərəfli yolda nailiyyətlər arzulayıram”.

O bildirib ki, imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub, sessiyaöncəsi təlimlər, sorğular keçirilib. Tələbə mərkəzli institut olmaq üçün tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi qarşıya məqsəd qoyulub. İmtahanlar keçirilərkən cavabların əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndiriləcəyi diqqətə çatdırılıb.

Rektor tələbələrə imtahanlar zamanı yarana biləcək problemlərin aradan qaldırılması üçün imtahan prosesində aktiv olmağı, sorğu qutularına bu məsələlərlə bağlı rəylərini yazmağı tövsiyə edib. Ceyhun Məmmədov tələbələri narahat edən məsələlərlə maraqlanıb, onların imtahan sessiyasını uğurla başa vuracaqlarına əminliyini ifadə edib. Rektor tələbələrə sessiya günlərində imtahanların gedişini şəxsən izləyəcəyini, hər hansı problem yaranacağı təqdirdə ona müraciət edə biləcəklərini bildirib.

2018-2019-cu tədris ilinin payız imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tənzimləyici əmr imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.