DÜNYA


Aİ-də istixana qazı emissiyaları artıb

Roma, 29 noyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ölkələrində istixana qazı emissiyaları cari ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi (“Eurostat”) məlumat yayıb.

Bildirilir ki, ikinci rübdə Aİ-də atmosferə buraxılan karbon emissiyasının həcmi 867 milyon ton olub. Bu göstərici ötən ilin müvafiq rübü ilə müqayisədə 18 faiz çoxdur.

Artım əsasən iqtisadi fəallığın bərpasının sürətlənməsi ilə əlaqədar olub. İlin ikinci rübündə istixana qazı emissiyalarının 34 faizi istehsal və tikinti, 19 faizi elektrik enerjisi istehsalı, 14 faizi kənd təsərrüfatı, 8 faizi nəqliyyat sektoru, 8 faizi digər xidmətlər, qalan hissəsi isə ailə təsərrüfatlarının isidilməsi nəticəsində formalaşıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.