DÜNYA


Aİ koronavirusun yeni ştamı səbəbindən bəzi Afrika ölkələrindən səyahət məhdudiyyətləri tətbiq edib

Roma, 28 noyabr, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv ölkələr COVID-19 infeksiyasının yeni B.1.1.529. ştamı (Omicron) aşkarlanan Afrikanın 7 ölkəsindən səyahətləri dayandırmaq qərarına gəliblər.

AZƏRTAC xəbər verir ki, Botsvana, Esvatini, Lesoto, Mozambik, Namibiya, Cənubi Afrika Respublikası və Zimbabvedən Aİ ölkələrinə bütün giriş-çıxışlar müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Afrika ölkələrində aşkarlanan B.1.1.529 ştamının 32 mutasiyaya malik olduğu bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.