DÜNYA
ALBALI ŞİRƏSİ YUXUGƏTİRİCİDİR
Bakı, 17 iyul (AZƏRTAC). Nyu-Yorkdakı Roçester Universitetinin alimləri zərərsiz yuxugətirici vasitə kimi albalı şirəsindən istifadə etməyi məsləhət görürlər.
Mütəxəssislər təcrübədə iştirak edən könüllüləri iki dəstəyə bölüb, birincisinə albalı şirəsi, digərinə isə başqa meyvələrin şirəsini vermişlər. Onlar səhər və axşam bir stəkan şirə içmişlər. Ekspermientin nəticələri göstərmişdir ki, şəkər qatılmamış albalı şirəsi içənlər yoldaşlarına nisbətən 17 dəqiqə çox yatmışlar.
Tədqiqatçılar albalı şirəsinin yuxugətirici təsirini tərkibindəki melatoninlə əlaqələndirmişlər. Bu hormon gündəlik yuxu-ayıqlıq siklini tənzimləyir. Yuxunu möhkəmləndirən albalı şirəsi bəzi dərmanlar kimi orqanizmə kənar təsir göstərmir. Odur ki, albalı şirəsindən, eləcə də meyvəsindən dərmanlara alternativ təhlükəsiz natural vasitə kimi istifadə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]