DÜNYA


ALİMLƏR KAİNAT BOŞLUĞUNU ÖLÇMÜŞLƏR

Bakı, 12 iyun (AZƏRTAC). Rusiya Elmlər Akademiyası Astpokosmik Mərkəzinin Puşinskdəki radioastronomiya rəsədxanasının alimləri boşluğu ölçə bilmişlər. Nəticədə Kainatın mövcudluğunu izah edən hər hansı ehtimalın düzgünlüyünün yoxlanılması imkanı yaranmışdır.

Rəsədxananın elmi əməkdaşı Vladimir Şişov deyir ki, “boşluq, vakuum kimi hesab etdiyimiz, əslində ulduzlararası plazmadan ibarət mürəkkəb mühitdir. ”Kosmik qaz”ın sıxlığı, hərəkət sürəti, maqnit sahəsi və digər parametrləri ölçmək üçün əlçatan olan bütün miqyaslarda təsadüfi şəkildə dəyişir. Xüsusən, burulğanlılığın xarici miqyasını qiymətləndirmək mümkün olmuşdur. Bu təqribən 0,03 parsekə bərabərdir”.

Vladimir Şişov eyni vaxtda etiraf edir ki, bu dəyişikliklərin təbiəti hələlik aydin deyildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.