DÜNYA


ALMANİYADA ƏN BÖYÜK SƏRNİŞİN AVTOBUSU SINAQDAN KEÇİRİLİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın məşhur Daymler Kraysler avtomobil firması 2006-cı ildən başlayaraq dünyada ən böyük “Mercedes” avtobuslarını avtomobil bazarına təqdim edəcəyini bildirmişdir.

Şirkətin bu barədə KİV səhifələrində dərc etdirdiyi məlumatda bildirilir ki, yeni nəhəng avtobuslar hazırda Almaniyanın altı federal əyalətinin şəhərlərində ictimai nəqliyyat vasitəsi kimi sınaqdan keçirilir. Şəhərlərdə sərnişin daşımaları üçün nəzərdə tutulan və uzunluğu 19,54 metr olan, 193 oturacaq yerli, dördqapılı avtobuslar sınaqdan uğurla çıxmışdır.

Yeni avtobus yüksək texniki imkanlara malikdir. 22,85 metr radiusda dönmə manevri edə bilən avtobusun sürücüsü küçənin ensiz və ya genişliyindən asılı olmayaraq, sərbəst idarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.