RƏSMİ XRONİKA


ALMANİYA FEDERATİV RESPUBLİKASININ FEDERAL KANSLERİ ZATİ-ALİLƏRİ CƏNAB GERHARD ŞRÖDERƏ

Hörmətli cənab Federal Kansler,

Almaniya Federativ Respublikasının milli bayramı - Alman birliyi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunam. Əminəm ki, ikitərəfli əlaqələrimiz xalqlarımızın mənafeyi naminə bundan sonra da daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

24 sentyabr 2003-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin