ELM VƏ TƏHSİL
ALMANİYA UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALMAQ ÜÇÜN PROQRAMLAR HƏYATA KEÇİRİLİR
AZƏRTAC vəbər verir ki, Alman Akademik Mübadilə Xidməti (DAAD) və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu birgə olaraq ali məktəb məzunları, aspirantlar, gənc alimlər, ali məktəb müəllimləri və digər elmi işçilərin Almaniyanın müxtəlif universitetlərində öz bilik və təcrübələrini artırmalarına kömək məqsədilə yeni təqaüd proqramları elan etmişlər.
Proqramlar əsasında beynəlxalq münasibətlər, sosialogiya, hüquq, politologiya, iqtisadiyyat, ictimai idarəetmə, səhiyyə, təhsilin idarə olunması və fəlsəfə sahələri üzrə alman dilində xüsusi müsabiqə keçiriləcəkdir. Qalib gələn şəxslər təmənnasız olaraq Almaniyanın Bremen, Köln, Essen, Münhen, Berlin, Drezden Dövlət Universitetlərində 2 illik magistratura təhsili almaq, ölkənin elmi-tətqiqat mərkəzlərində 3 illik və 3 aylıq təcrübə keçmək imkanına malik olacaqlar.