SİYASƏT
ALMATIDA “ETNİKLƏRARASI BİRLİYİN QAZAXISTAN MODELİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Tədbirdə həyatın bütün sahələrində, həmçinin iqtisadiyyatda və orduda etniklərarası münasibətlər və bu əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunmuşdur. Konfransda deyilmişdir ki, milli mədəniyyətlərin inkişafı və etniklərarası sabitliyin bərqərar olması ilə bağlı Qazaxıstan modeli beynəlxalq təşkilatlar tərəfindən bəyənilmişdir.
Almatıdakı “Turan” konqresinin sədri Müseyib Novruzov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Qazaxıstanda 120-dən çox xalqın və millətin nümayəndələri yaşayır. Onların hüquqları ölkənin qanunları ilə qorunur. Qazaxıstanda yaşayan soydaşlarımızın sayı isə 130 mindən artıqdır. Almatıda, Pavlodarda, Cambulda, Aktyubinskdə Azərbaycan məktəbləri fəaliyyət göstərir və bu məktəblərdə övladlarımız öz dilini, ədəbiyyatını, mədəniyyətini və tarixini öyrənir”.