İDMAN


AMADA dörd idmançını və bir həkimi cəzalandırıb

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə görə cəzalandırılan növbəti idmançıların adlarını açıqlayıb.

AMADA-dan AZƏRTAC-a bildiriblər ki, siyahıda 4 idmançı və 1 həkim yer alıb. Orqanizmində diuretiklər və gizlədici maddələr tapılan karateçi Fidan Dadaşovaya 1, taekvondoçular Nigar İbrahimovaya 2, Ofeliya Allahverdiyevaya isə 4 illik cəza verilib. F.Dadaşovanın cəzası 2020-ci il fevralın 27-dən, N.İbrahimovanın cəzası 2020-ci il sentyabrın 3-dən hesablanır. O.Allahverdiyevanın diskvalifikasiya müddəti isə 2024-ci il fevralın 18-də başa çatacaq.

Boksçu Kamran Muradov ekzogen əsilli anabolik androgen steroidlər/metasteron metaboliti maddəsinə görə 4 il müddətinə diskvalifikasiyaya olunub. Sanksiyanın başlama tarixi 2020-ci il yanvarın 14-dən hesablanır.

Ağırlıqqaldırma idman növü üzrə həkim Xalid Qüdrətovun da cəzası 4 illikdir. Yarışdan kənar müddətdə idmançıya anabolik androgen steroidlar/prasterone tətbiq etməkdə günahlandırılan X.Qüdrətovun cəza müddəti 2024-cü il fevralın 13-də bitəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.