ELM VƏ TƏHSİL
AMEA-NIN RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR
Geologiya–mineralogiya elmləri doktoru Fəxrəddin Qədirov “Geodinamikada GPS sistemlərinin tətbiqi və litosfer–ionosfer əlaqələri” mövzusunda məruzəsində potensial təhlükəli hadisələrin baş verə biləcəyi bölgələrin müəyyənləşdirilməsi və proqnozlaşdırılması üçün Azərbaycan ərazisinin geodinamik şəraitinin öyrənilməsinin vacibliyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Massaçusets Texnoloji İnstitutu (ABŞ) ilə birgə 1988 –ci ildə GPS ölçü şəbəkəsi qurulmuş və bu günədək üfüqi hərəkətlərin monitorinqi aparılmaqdadır. Bunun nəticəsində Azərbaycan ərazisində potensial geoloji təhlükəli ərazilər proqnozlaşdırılmış və onların zamana görə dəyişmələrinə nəzarət edilir.
Azərbaycan Milli Aerokosmik Agentliyinin direktoru, professor Əflatun Həsənov, akademik Akif Əlizadə və digər alimlər çıxış etmiş, müzakirələr aparılmışdır.