Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib

Bakı, 17 iyul, P.İmanova, AZƏRTAC 

İyulun 17-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin səyyar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Sonra akademik Akif Əlizadə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya, Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekkerə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib.

İclasda AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun “Ağciyər xərçəngi və neyrodegenerativ amiloid xəstəliklərinin multidissiplinar tədqiqi: ilkin nəticələr və gələcək istiqamətlər” mövzusunda məruzəsi dinlənilib.

Alim bildirib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizinin ikinci yeri tutduğunu deyən Oktay Qasımov dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib. O, AMEA-nın Biofizika İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən birgə işlənib hazırlanan süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib.

Məruzə dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti tərəfindən müsbət qiymətləndirilib. AMEA-nın Biofizika İnstitutuna Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birlikdə verilənlər bazası həcmini artırmaqla ağciyər xərçənginin təsnifatının təkmilləşdirilməsi, ağciyər xərçəngi üçün iqtisadi cəhətdən səmərəli skrininq metodunun yaradılması və digər istiqamətlərdə tapşırıqlar verilib. İnsan genomunun transkripsiya statusunun idarə edilməsinin çoxşaxəli mürəkkəb proses olduğunu nəzərə alaraq, xərçəng xəstəliyi ilə bağlı işlərin davam etdirilməsi, onkologiya və neyrodegenerativ amiloid xəstəliklərində mutasiyaların mühüm rolunu nəzərə almaqla fərdi təbabət sahəsini inkişaf etdirmək üçün Biofizika İnstitutunda hüceyrə texnologiyalarının maddi-texniki bazasının yaradılması istiqamətində işlər aparılması qərara alınıb.

Sonra “AMEA-nın 75 illik yubileyi ilə bağlı tədbirlər planı” ətrafında müzakirə aparılıb, tədbirlər planı təsdiqlənib. Sənəddə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün elmi, elmi-təşkilati və digər tədbirlər istiqamətində tapşırıqlar verilib.

İclasda AMEA-nın bölmələrinin elmi sessiyaları haqqında məsələ müzakirə olunub. Bildirilib ki, peşəkar mütəxəssislər və gənc alimlərin iştirakı ilə geniş müzakirələrin aparılması, elmi prioritetlər üzrə mövcud problemlərin dərindən araşdırılması, həmçinin gənclərin bilik və bacarıqlarının üzə çıxarılması və yaradıcı gənclərin müəyyənləşdirilməsi məqsədilə sessiyaların təşkili böyük əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq, Rəyasət Heyəti AMEA-nın elmi bölmələrində rübdə bir dəfədən az olmayaraq elmi sessiyalar keçirilməsi, burada müvafiq peşəkar mütəxəssislərin iştirakı ilə təbiət, texnika, humanitar və ictimai elm sahələrinin müxtəlif aktual problemlərinə həsr olunan elmi məsələlərin müzakirə olunması və digər məsələlərlə bağlı qərar qəbul edib.

Tədbirdə AMEA-da lektoriyanın təşkili məsələsinə də baxılıb. Bildirilib ki, AMEA-nın gənc alim və mütəxəssislərinin, doktorant və magistrlərinin iştirakı ilə lektoriya keçiriləcək. Lektoriyada respublikanın xüsusi elmi məktəb yaratmış nüfuzlu alimlərinin, AMEA üzvlərinin təbiət, texnika, ictimai və humanitar elmlərin müxtəlif aktual problemlərinə və Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələri dinləniləcək. Lektoriyada dövlətin elm siyasətinin müxtəlif istiqamətləri, elmi fəaliyyət sahəsinə aid mühüm dövlət sənədləri, dövlət proqramları, AMEA-nın ümumi yığıncağı və Rəyasət Heyətinin mühüm qərarlarının mahiyyəti, məqsəd və vəzifələri, onların icra mexanizmləri barədə gənclərə geniş məlumat verilməsi də nəzərdə tutulur.

Rəyasət Heyəti AMEA-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsini də müzakirə edib. Qeyd olunub ki, son illər dünyada nəşriyyat işi sahəsində, xüsusilə akademik nəşrlərin hazırlanması və yayımında həyata keçirilən yeniliklər, mövcud sahədə müasir avadanlıqlardan istifadə, yeni innovasiyaların tətbiqi “Elm” nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulmasına, onun əsas fəaliyyət istiqamətlərinin yenidən müəyyənləşdirilməsinə və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinə böyük zərurət yaradıb. Bununla əlaqədar olaraq Rəyasət Heyəti “AMEA-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün tədbirlər planı”nı təsdiq edib. AMEA-nın elmi jurnallarının, o cümlədən digər növ elmi nəşrlərin AMEA-nın “Elm” nəşriyyatında çap olunmasını məqsədəuyğun bilib.

Gündəlikdəki digər məsələlər 2019-cu ilin oktyabrında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun 60 illik və 2020-ci ilin martında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun 75 illik yubileylərinin keçirilməsi barədə olub. İclasda Riyaziyyat və Mexanika İnstitutunun yubileyi münasibətilə “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfransın keçirilməsi qərara alınıb, Dilçilik İnstitutunun yubileyinin qeyd olunması ilə bağlı tədbirlər planı təsdiqlənib.

Sonra akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi və AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın 60 illik yubileyinin keçirilməsi barədə qərarlar qəbul olunub.

İclasın digər qərarları ilə “AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının adı dəyişdirilərək “Sosial elmlər” jurnalı adlandırılıb, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun yeni “Hüquq və insan haqları” elmi-nəzəri jurnalı təsis edilib.

Tədbirdə Rəyasət Heyətinin qərarına əsasən, biologiya elmləri doktoru Eldar Novruzov AMEA-nın Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Sonda “AMEA-nın professoru” adı üzrə namizəd seçilmiş şəxslərlə bağlı AMEA-nın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən gizli səsvermə keçirilib. Seçkinin nəticələrinə əsasən 13 nəfər AMEA-nın professoru adını alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO