Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 14 noyabr, P.İmanova, AZƏRTAC

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən AMEA-nın İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə təltif olunmuş əməkdaşlara mükafatları təqdim edib.

Tədbirdə dövlətimizin başçısının “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanının əhəmiyyəti də vurğulanıb.

İclasda AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamovun birgə hazırladığı “Abşeron yarımadasının müasir geodinamik şəraiti: təhlükəli geoloji proseslərin modelləşdirilməsi və monitorinqi” mövzusunda məruzə dinlənilib. Bildirilib ki, son illər AMEA-nın Geologiya və Geofizika İnstitutunda və Respublika Seysmoloji Xidmət Mərkəzində Abşeron yarımadasında müasir geodinamik və seysmik şəraitin monitorinqi, geoloji dərinlik quruluşlu modellərin tərtibi və təhlükəli geoloji proseslərin müasir metodlarla öyrənilməsi və proqnozlaşdırılması istiqamətində fundamental elmi tədqiqatlar aparılır. Məruzədə, həmçinin Abşeron yarımadasının müasir seysmogeodinamik şəraiti, azdərinlikli təhlükəli geoloji proseslərin geoloji quruluşunun modelləşdirilməsi və monitorinqinə dair aparılmış fundamental elmi tədqiqat işlərinin nəticələri şərh edilib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.

Sonra iclasda AMEA-nın "Türkologiya" jurnalının 2016-2018-ci illər üzrə fəaliyyəti haqqında müzakirə aparılıb.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev bildirib ki, jurnal SSRİ Elmlər Akademiyası və Azərbaycan Elmlər Akademiyasının birgə nəşri kimi “Sovetskaya Türkologiya” adı ilə 1970-ci ilin aprelindən nəşr olunur. Jurnal 1992-ci ildən etibarən “Türkologiya” adı altında buraxılır. Müstəqilliyin ilk illərində nəşrin ciddi maliyyə çətinlikləri ilə üz-üzə qaldığını deyən akademik vurğulayıb ki, jurnal müəyyən fasilələrlə işıq üzü görüb. 2016-cı ildən etibarən AMEA Rəyasət Heyətinin təsisi ilə ildə dörd nömrəsi nəşr edilən jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində məqalələr dərc olunur.

Alim nəzərə çatdırıb ki, jurnal Rəyasət Heyətinin qərarına uyğun şəkildə profilini genişləndirib, türkologiya elminin tarixini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, yazılı abidələrini, mifologiyasını, dil və ədəbiyyat problemlərini, incəsənət nümunələrini, fəlsəfi fikrini, dünya türkoloji mərkəzlərini öyrənən məqalələrə geniş yer verir.

Vurğulanıb ki, jurnalda son üç ildə yerli alimlərlə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa, Çexiya, Macarıstan, Türkiyə, Rusiya, Misir, İran, Monqolustan, Əfqanıstan, Orta Asiya ölkələri, Koreya Respublikası və Yaponiyadan olan alimlərin məqalələri dərc edilib.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti jurnalın profilinin genişləndirilməsi ilə əlaqədar müxtəlif elm sahələrini əhatə edən yeni beynəlxalq məsləhətçilər şurasının tərkibinin təsdiqi və digər istiqamətlərdə tapşırıqlar verib.

Gündəlikdəki növbəti məsələ “Azərbaycan faunası” Milli İnformasiya Sisteminin yaradılması haqqında olub. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, zənginliyi ilə seçilən Azərbaycan faunası dünya biomüxtəlifliyində xüsusi yer tutmaqla yanaşı, Qafqaz faunasının 70 faizini özündə əks etdirir. Akademik milli faunanın dəqiq inventarlaşdırıldığını, sistematikasının tərtib edildiyini diqqətə çatdırıb: “Alim və mütəxəssislərin 80 illik elmi axtarışları nəticəsində milli faunada 1500 növ ibtidai canlı, 1200 növ parazit qurd, 290 növ rotatori, 360 növ xərçəngkimi, 200 növ molyusk, 25 mindən çox həşərat, 2 minə yaxın hörümçəkkimi, 12 dəstəyə aid 100 növ və yarımnöv balıq, 2 dəstəyə aid 10 növ amfibiya, 3 dəstəyə aid 54 növ sürünən, 16 dəstəyə aid 400 növ quş, 7 dəstəyə aid 110 növ məməli canlı təsvir edilib, bu canlıların növ tərkibi, biologiyası və ekologiyasına dair 200-ə yaxın monoqrafiya və kitab, minlərlə elmi məqalə dərc olunub”.

Bu nəşrlərin içərisində dörd cildlik “Azərbaycanın heyvanlar aləmi” kitabının xüsusi yer tutduğunu deyən akademik əsərdə fauna müxtəlifliyinin təsnifatı və təbiətdəki rolu ilə yanaşı, ölkənin kənd təsərrüfatında və sənayesində istifadə xüsusiyyətlərinin əks etdirildiyini vurğulayıb.

Ə.Əmiraslanov kitabın nəşrindən 20 ildən çox vaxt keçdiyini, bu dövr ərzində dünya zooloji tədqiqatlarında ən müasir metodların tətbiqi ilə kəskin dəyişiklik və yüksəlişlər baş verdiyini, müasir informasiya texnologiyalarının bu sahəyə də güclü sirayət etdiyini söyləyib. Akademik Ə.Əmiraslanov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, AMEA-nın Zoologiya İnstitutu tərəfindən Rəyasət Heyətinə bu sahədəki mövcud vəziyyətlə bağlı təkliflər verildiyini də əlavə edib.

Rəyasət Heyəti diqqətə çatdırılan və zooloji tədqiqatların milli informasiya təminatının gücləndirilməsinin, bu sahədə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”da və digər müvafiq dövlət sənədlərində qeyd edilən hədəflərin həyata keçirilməsinin vacibliyini nəzərə alaraq qərar qəbul edib. Məsələ ilə bağlı AMEA-nın Zoologiya İnstitutuna müvafiq tapşırıqlar verilib.

Tədbirdə AMEA Rəyasət Heyəti nəzdində Strateji Araşdırmalar Mərkəzinin Əsasnaməsinin təsdiqi, eləcə də mərkəzin elmi tədqiqat və texnoloji layihələrinin fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, hazırlanmış müvafiq hesabatları qəbul etmək və qiymətləndirmək məqsədilə Elmi-texniki şuranın yaradılması və tərkibinin təsdiqi ilə bağlı qərar qəbul olunub.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib