Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA magistrlərinin “Məzun günü” keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistrlərinin “Məzun günü” keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov məzunları əlamətdar gün münasibətilə təbrik edib. Arif Həşimov akademiyanın kadr potensialının qorunub saxlanılmasında və yeni yüksəkixtisaslı kadrların hazırlanmasında AMEA-da həyata keçirilən magistratura təhsilinin önəmini vurğulayıb.

AMEA-da ali təhsilin magistratura pilləsinin 2015-ci ildən etibarən yarandığını və ötən müddət ərzində 492 nəfərin akademiyanın magistraturasında təhsil aldığını deyən akademik Arif Həşimov 2017-2021-ci illər ərzində 328 nəfərin, 2022-ci ildə isə 53 nəfərin məzun olduğunu diqqətə çatdırıb. Bildirib ki, professor-müəllim heyətinin peşəkarlığı, gənclərin tələbkarlığı və maddi-texniki tədris bazası sayəsində magistrlərin dərsləri yüksək səviyyədə keçib, nəticədə builki məzunların göstəriciləri yüksək səviyyədə olub.

Akademik məzunların AMEA-nın doktorantura və dissertanturasına yönləndirilmələrinin və onların elmdə qalmalarının təmin edilməsinin vacibliyini qeyd edib.

Akademik Arif Həşimov çıxışının sonunda magistrlərin yetişdirilməsində əməyi keçənlərə, o cümlədən Rəyasət Heyətinin üzvlərinə, həqiqi və müxbir üzvlərə, institut direktorlarına, təhsil şöbələrinin müdirlərinə və professor-müəllim heyətinə minnətdarlığını bildirib, gənclərə gələcək həyatlarında və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, bu gün ölkəmizdə ali təhsilin magistratura pilləsinin olması Azərbaycanda təhsilin Avropa standartlarında olmasının əyani göstəricisidir. Magistraturanın ali təhsillə elm arasında körpü rolunu oynadığını deyən akademik diqqətə çatdırıb ki, gənc məzunlar xarici dilləri və müasir informasiya texnologiyalarını yaxşı bilirlər və bu, onların gələcək elmi fəaliyyətlərində mühüm əhəmiyyətə malikdir.

Öz ölkəsinin adət-ənənələri, tarixi, dili, ədəbiyyatı, mədəniyyəti ilə fəxr etməyin elm adamlarının birinci keyfiyyəti olduğunu bildirən akademik İsa Həbibbəyli yalnız milli iftixar hissinə malik alimin vətənpərvər gənclər yetişdirə biləcəyini söyləyib. O, həmçinin ilkin elmi vərdişlərə yiyələnmələri, məqalələrini çap etdirmələri və konfranslarda iştirak etmələri üçün Magistr Elmi Cəmiyyətinin yaradılmasını təklif edib.

AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev isə magistrlərin hələ Qədim Roma dövründən mövcud olduğunu və cəmiyyətin ən nüfuzlu şəxsləri sayıldıqlarını deyib. Bildirib ki, orta əsrlərdə Avropanın bir sıra universitetlərinin rektorları məhz magistrlər tərəfindən seçilirdi. O, Rusiyada magistratura təhsilinin 1801-ci ildə yaradıldığını və 1917-ci ildə ləğv edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 1999-cu ildə bəzi Avropa dövlətlərinin Bolonya təhsil sisteminə keçməsi ilə magistratura təhsilinə diqqət daha da artırılıb.

D.Tağıyev dünyada 22 minə yaxın magistr proqramının olduğunu qeyd edən alim iqtisadiyyatın real sektorları üzrə sifariş əsasında magistr hazırlamağın önəminə toxunub. O, dünyada təhsil sisteminin inkişaf etdiyini və yeniləndiyini deyib, buna hazır olmağın vacibliyini bildirib. Həmçinin Azərbaycan elminin gələcək inkişafının təmin edilməsi işində gənc yüksəkixtisaslı kadrların hazırlanmasına daim diqqət yetirilməsinin əhəmiyyətini qeyd edib.

“Məzun günü”ndə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxış edərək 2015-ci ildə AMEA-da magistratura pilləsi yaranan zaman 18 nəfərin qəbul olunduğunu və ilk buraxılışın 2017-ci ildə gerçəkləşdirildiyini söyləyib. Akademik İradə Hüseynova 2017-2021-ci illər ərzində məzun olan 328 nəfərdən 110-nun təhsillərini doktorantura və dissertantura pilləsindən davam etdirdiyini, onlardan 98-nin öz təhsilini məhz AMEA-da aldığını deyib. Qeyd edib ki, 12 nəfər isə xaricdə, Böyük Britaniyanın Oksford, Birmingham, Fransanın Monpelye universitetləri kimi dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsillərini davam etdirirlər. O bildirib ki, keçmiş məzunlardan biri artıq fəlsəfə doktorudur və bu, akademiyada magistraturaya və gənc elmi kadrların hazırlanması işinə nə dərəcədə diqqət göstərilməsinin əyani sübutudur.

Respublikamızda gənclərə diqqət göstərilməsinin dövlət siyasətinin başlıca prioritetlərindən biri olduğunu deyən akademik İradə Hüseynova hər bir ölkənin gələcəyində elmi intellektual potensialın mühüm rol oynadığını söyləyib. Gənclərin milli ruhda tərbiyələndirilməsinin önəminə diqqət çəkən akademik vurğulayıb ki, Azərbaycan xalqı istedadlı xalqdır və bundan dövlətimizin çiçəklənməsi naminə istifadə edilməlidir.

Tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, ingilis dili müəllimi Aynur Məhərrəmova, AMEA-nın magistraturasının keçmiş məzunları - Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun doktorantı Nigar Mustafayeva, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Gəray Əşirov və cari məzunlar - Geologiya və Geofizika İnstitutunun magistri Nazim Əliyev və Botanika İnstitutunun magistri Gövhər Süleymanova çıxış edərək AMEA-da həyata keçirilən magistratura təhsilinin önəmindən danışıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY