ELM VƏ TƏHSİL
AMEA: neft-qaz sənayesində böyük verilənlərin emalı üçün yeni arxitektur təklif edilib
Bakı, 7 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin və doktorant Şəlalə Tahirzadənin həmmüəllif olduqları məqalə “International Journal of Hyperconnectivity and the Internet of Things” nəşrində dərc olunub. Bu jurnal “IGI Global” beynəlxalq nəşriyyatına məxsusdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Neft-qaz sənayesində böyük ölçülü IOT verilənlərinin analitikasi üçün arxiktektur” (“An Architecture for Big IoT Data Analytics in the Oil and Gas Industry”) sərlövhəli məqalədə çoxsəviyyəli analiz arxitekturu təklif edilib. Həmçinin sənayenin müvafiq sahəsində istehsal proseslərinin keyfiyyətinin yaxşılaşdırılması üçün IoT texnologiyaları və onun tətbiqi məsələləri araşdırılıb.
Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində hazırlanıb.