ELM VƏ TƏHSİL
AMEA-nın Dendrologiya İnstitutu müsabiqə elan edir
Bakı, 20 fevral, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutu “Bitki aləmi” adlı fotomüsabiqə elan edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin ana xətti təbiətdən gələn qeyri-adi gözəlliyi və bitkilər aləmini əks etdirməkdir.
İlk üç yerin qalibləri (1-ci yer 300 AZN, 2-ci yer 200 AZN, 3-cü yer 100 AZN məbləğində) mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək üçün fotolar [email protected] və [email protected] ünvanlarına təqdim edilməlidir. Fotolar JPEG formatında olmalıdır.
Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Fotolar müsabiqə elan olunduğu dövrdə çəkilməlidir. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir. Fotolar üzərində heç bir redaktə aparılmamalıdır. Müsabiqə elan olunmuş ayda çəkilmiş işlər qəbul ediləcək.
Müraciətlər martın 20-dək qəbul olunur.
Tel: +99412 454 6062//+994124541050
Mob: +99477 424 01 85