ELM VƏ TƏHSİL


AMEA-nın Fizika İnstitutu ilə Fransanın ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 27 fevral, AZƏRTAC 

Fransanın Strasburq Universitetinin professoru Filippe Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin və UFAZ-ın direktoru Vazeh Əsgərov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi elmi müəssisə ilə tanışlıq və əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Görüşdə elmi müəssisənin direktoru, akademik Nazim Məmmədov institutun əsas fəaliyyət istiqamətlərinin kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası və energetikanın fiziki-texniki problemləri olduğunu vurğulayıb. O, burada aparılan tədqiqatlardan, institutun beynəlxalq əlaqələrindən danışıb, gələcəkdə əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Vazeh Əsgərov UFAZ-ın 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradıldığını, universitetin 2016-cı ilin sentyabrından fəaliyyət göstərdiyini və burada 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirildiyini bildirib. O vurğulayıb ki, layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu, Azərbaycan tərəfindən isə Dövlət Neft və Sənaye Universiteti rəhbərlik edir.

Sonra qonaqlar Fizika İnstitutunun innovasiya sektorundakı maddi-texniki baza ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.