SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub
Bakı, 3 may, AZƏRTAC
“SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları “xalis sıfır”a çatdırmağı hədəfləyir”.
AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Yaşıl dünya naminə həmrəylik ilində media gündəmi” panel sessiyasında deyib.
O qeyd edib ki, SOCAR-ın fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb.
“Şirkətin fəaliyyətində və strukturunda qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün müəyyən dəyişikliklər nəzərdə tutulub. Bunlara dekarbonizasiya və yeni bizneslərin inkişaf etdirilməsinə yönəlmiş prosedurlar, alətlər və vahidlər daxildir. Yeni enerji səmərəliliyi proqramı enerji istehlakını bərpaolunan mənbələrdən əldə edilən enerji ilə, mədən yanacağını bioqaz ilə əvəzləməyə yönəlib”, - deyə Mustafa Qurbanlı əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:11]
Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır
- 09.06.2026 [12:05]
Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb
- 09.06.2026 [11:57]
Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib
- 09.06.2026 [11:43]
Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub
- 09.06.2026 [11:09]
ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]